Xəbər lenti

Rusiyanın axtarışa verdiyi qılıncoynadanlar ABŞ üçün “vuruşacaq”
İdman11:44 12.01.2024

Rusiyanın axtarışa verdiyi qılıncoynadanlar ABŞ üçün “vuruşacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sergey və Violetta Bida cütlüyü ABŞ bayrağı altında yarışmaq niyyətlərindən danışıblar. Qılıncoynadan Konstantin Loxanov da buna  hazır olduğunu açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "USA Today” qəzeti Violetta Bidaya istinadən yazır.
Rusiyada Bida ailəsi axtarışa verilib və onlara qarşı cinayət işi açılıb. Bu, Sergey Bidanın formal olaraq Rusiya Qvardiyasının zabiti və "Dinamo” cəmiyyətinin üzvü, Violettanın isə Rusiya Müdafiə Nazirliyinin əməkdaşı və MOİK-in üzvü olması ilə bağlı ola bilər.
KİV-in məlumatına görə, qılıncoynadanlar 2023-cü ilin yayında ABŞ-a köçdükdən və yerli ustalar akademiyasına qəbul edildikdən sonra sentyabr ayında axtarışa verilib. İlk yarışdaca Sergey Bida komanda turnirində qızıl medal qazanıb.
"USA Fencing”in baş direktoru Fil Endryus Konqresə göndərdiyi məktubda qılıncoynadanlara zamin durub. 
"Hər üçü şəxsi bahasına böyük qurbanlar verib, millətimizi təmsil edə bilmək üçün həyatlarını riskə atıblar və bu fövqəladə vəziyyətdə onlara dəstək olmaq üçün hər cür səy göstərməyinizi xahiş edirik", - Edryusun məktununda deyilir. 
USA TODAY Sports-a göndərdiyi elektron poçtda Endryus aydınlaşdırıb ki, Olimpiadaya vəsiqə qazanmaq üçün qılıncoynadanlar ən azı ABŞ vətəndaşlığını almalıdırlar: "Olimpiya seçimi qızğın müzakirə mövzusudur və təbii ki, vətəndaşlıq almaq sadəcə ABŞ milli üzvlərinin əksəriyyətini müəyyən etmək üçün istifadə edilən reytinq sistemi vasitəsilə seçilməsinə lazımdır”.
Cütlüyün vəkili Cek Vayner bildirib ki, vətəndaşlığı belə tez əldə etmək üçün (Olimpiya Oyunları iyulun 26-da başlayacaq) xüsusi qanun layihəsi və ABŞ prezidenti Co Baydenin imzası lazımdır. Qılıncoynadanlar üç il öz ölkələrini yarışlarda təmsil etmədiklərindən Rusiya Olimpiya Komitəsinin icazəsi tələb olunmur.
Nizami Bağırov