Xəbər lenti

Rusiyanın Stavropol şəhərində hərbi hissədə yanğın: Qərargah yandı
Dünya 12:31 12.02.2024

Rusiyanın Stavropol şəhərində hərbi hissədə yanğın: Qərargah yandı

Fevralın 12-də Stavropolda Rusiya hərbi hissəsində yanğın baş verib, səlahiyyətlilər heç kimin xəsarət almadığını iddia edir.

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti və Baza Telegram kanalı yazıb.

"Yanğın Stavropoldakı hərbi hissədə baş verib, itki yoxdur", - şəhər rəhbəri Ulyançenko bildirib.

Bildirilir ki, ilkin məlumatlara görə, qərargahın binası yanıb. Yanğın birinci mərtəbədə başlayıb və insanlar təxliyə edilib.

Daha sonra səlahiyyətlilər yanğının qarşısının alındığını və ofislərdən birində baş verən qısaqapanma nəticəsində baş verdiyini bildiriblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->