Xəbər lenti

Rusiyaya işləməyə gedən azərbaycanlılar imtahan verəcək
Ölkə07:16 08.10.2014

Rusiyaya işləməyə gedən azərbaycanlılar imtahan verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2015-ci il yanvarın 1-dən Rusiya Federasiyasındakı bütün miqrantlar iş almaq üçün rus dilindən, həmçinin Rusiya qanunvericiliyi və tarixindən imtahan verməli olacaqlar. 

Oxu.Az xəbər verir ki, mütəxəssislər testdən keçmək baxımından uzun növbələrin yaranmasının qarşısını necə almaq barədə düşünürlər. Məsələn, miqrantlar imtahanı birbaşa iş yerində verə bilərlər, “İzvestiya” qəzeti oktyabrın 8-də yazıb.

Rusiya Xalqlar Dostluğu Universitetinin əlavə təhsil üzrə prorektoru Anjela Doljikovun sözlərinə görə, xüsusi yaradılmış mobil qruplar işəgötürənlərlə əlaqədə çalışacaqlar. Artıq 8 belə qrup yaradılıb.

Bir müəssisəyə 2-4 imtahançı göndəriləcək.    

Qaynar.info