Xəbər lenti

Rusiyaya pomidor ixrac edəcək müəssisələrin sayı 152-yə çatdı
Ölkə15:51 30.06.2021

Rusiyaya pomidor ixrac edəcək müəssisələrin sayı 152-yə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hökuməti iyulun 1-dən etibarən bu ölkəyə Azərbaycandan pomidor idxal etmək hüququna malik 11 müəssisənin siyahısını elan edib.
Qaynarinfo xəbər verir ki, bu müəssisələrin birgə video təftişlər nəticəsində və Qida Təhlükəsizliyi Agentliyinin zəmanətilə seçilən məhsul nümunələrinin fitosanitariya ekspertizasının yekunlarına görə müəyyənləşdirildiyi bildirilir.
Beləliklə, hazırda Rusiyaya ölkənin 152 müəssisəsi pomidor ixrac etmək hüququna malikdir.
2020-ci ilin 10 dekabr tarixindən Rusiya tərəfi Azərbaycan pomidor və almalarında müəyyən ziyanverici həşəratların mütəmadi olaraq aşkarlanmasını bildirərək həmin məhsulların ölkəmizdən idxalına müvəqqəti qadağa qoymuşdu.