Dünya 17:50 25.01.2023

Rusiyaya qarşı bütün iqtisadi sanksiyaların altı ay uzadılması ilə bağlı razılığa gəlindi

Aİ səfirləri Avropa İttifaqının Ukraynaya qarşı təcavüzünə görə Rusiya Federasiyasına qarşı tətbiq etdiyi bütün iqtisadi sanksiyaların növbəti altı ay müddətinə uzadılmasını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun müxbiri Rikard Jozviak məlumat verib. 

"Aİ səfirləri Aİ-nin Rusiyaya qarşı bütün iqtisadi sanksiyalarını daha altı ay davam etdirmək üçün rəsmən yaşıl işıq yandırıblar.

Söhbət 2014-cü ildə Rusiyanın Ukraynaya ilk təcavüzündən sonra tətbiq edilən və 2022-ci ilin fevralından genişmiqyaslı müharibənin başlaması ilə əhəmiyyətli dərəcədə genişlənən sanksiyalardan gedir.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Aİ Şurası Ukraynaya qarşı müharibəyə görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təsdiqləyib. 10-cu paketin hazırlanması davam edir, o, çox güman ki, tammiqyaslı müharibənin ildönümünə qədər təsdiqlənəcək.

Qeyri-rəsmi şərhlərdən məlum olur ki, onlar Rusiyanın təbliğat resurslarına qarşı əlavə məhdudiyyətləri və Rusiya banklarının SWIFT-dən yeni kəsilməsini, həmçinin Belarusa qarşı sanksiyaların Rusiyaya qarşı artıq tətbiq edilmiş sektoral sanksiyalarla sinxronlaşdırılmasını müzakirə edirlər. Polşa və Litva Aİ-ni Rusiyanın nüvə sektoruna qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Nizami Bağırov