Xəbər lenti

Rusiyaya uçan təyyarə Bakıya təcili eniş etdi
Ölkə10:26 21.12.2019

Rusiyaya uçan təyyarə Bakıya təcili eniş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Qoa ştatından Moskvaya uçan "Azur Air" hava yollarına məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib.
Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.
"Qoadan Moskvaya uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş istəyib. Eniş yerli vaxtla saat 11: 05-də uğurla başa çatıb. Səbəb texniki məsələdir. Əldə etdiyimiz məlumata görə, sərnişinlər üçün başqa bir təyyarə göndəriləcək", - deyə Hava Limanının mətbuat xidməti bildirib.
Hazırda sərnişinlərin hava limanının binasında olduğu qeyd olunub.