Xəbər lenti

Ruslan Bəşirli bankı məhkəməyə verir
Ölkə10:43 14.06.2013

Ruslan Bəşirli bankı məhkəməyə verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Avropa.info” internet saytanın rəhbəri Ruslan Bəşirli “Texnikabank”ı (“Bank Technique”) məhkəməyə verəcək. 

“Qafqazinfo”ya açıqlamasında R. Bəşirli bildirib ki, bankın məsuliyyətsizliyi üzündən onun rəhbərlik etdiyi saytda ciddi problem yaranıb. Onun sözlərinə görə, hostinq xidmətinə görə, bir ildir “Texnikabank”ın Səbail fililalı ilə müqavilələri var: “İyunun 10-da müqavilənin vaxtı bitdi və mən yenidən 1 illik müqavilə bağlamaq üçün onlara müraciət etdim. Bankdan bildirdilər ki, 10 manat ödəyib yeni bir kart açılmalıdır. Mən də həm 10 manatı, həm də 1 illik müqavilənin məbləğini banka ödədim. Artıq ayın 13-dən onlar kartı mənə veriblər, amma kartdan istifadə etmək olmur. Ödədiyim pul hesaba köçürülməyib”.

Sayt rəhbəri onu da əlavə edib ki, bu problemlərə görə, artıq “Avropa.info”nun bağlanmaq təhlükəsi var: “Saytın fəaliyyətinin dayanmaması üçün indi “Unibank”da yenidən kart açdırıram. “Texnikabank” neçə gündür mənim başıma oyun açır. Elə buna görə də “Texnikabank”ı məhkəməyə verəcəm. Saytın işlərini yekunlaşdırdıqdan sonra vəkillərlə danışacam”.