Xəbər lenti

Ruslan Bəşirli yoxa çıxıb
Ölkə15:37 30.05.2014

Ruslan Bəşirli yoxa çıxıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Avropa.info” saytının Baş redaktoru Ruslan Bəşirlidən 6-7 saatdır ki, xəbər yoxdur.

Bu barədə məlumatı “Azinform.az”a Baş redaktorun qardaşı Pərviz Bəşirov verib. Onun sözlərinə görə, Ruslan axırıncı dəfə həyat yoldaşı ilə telefonla danışıb və ona deyib ki, saat 14:30-da Binəqədi polisinə dəvət olunub: «Həmin vaxtdan da Ruslandan xəbər yoxdur, onun telefonuna zəng çatmır. Biz çox narahatıq».

Binəqədi Rayon Polis İdarəsindən isə Ruslan Bəşirlinin orda olmadığını bildiriblər.

Hazırda Ruslan Bəşirlinin mobil telefonuna zəng çatmır.

Qeyd edək ki, Ruslan Bəşirli bir neçə gündür ki, bəzi radikal dindarlar tərəfindən təhdid olunurdu. Baş redaktorun güc nazirliklərinə etdiyi müraciətdən sonra bu istiqamətdə araşdırmalara başlanılıb. Ruslan Bəşirlinin bu məsələ ilə əlaqədar polisə dəvət olunduğu güman edilir.

Qaynar.info