
Ruslan İzzətli Böyük Britaniya səfirliyində görüş keçirib
Qaynar.info xəbər verir ki, sentyabrın 2-də D18 Hərəkatının başqanı Ruslan İzzətli Böyük Britaniya səfirliyinin siyasi şöbəsinin rəhbəri xanım Jenny Parks ilə görüşüb.
Görüşdə ölkədəki ictimai-siyasi durum, Parlament seçkiləri, demokratiya və insan haqları məsələləri müzakirə olunub.
Xüsusilə D18 Hərəkatının proqramı və baxışları səfirlik rəsmisinin diqqətinə çatdırılıb.
Qaynar.info