Xəbər lenti

Ruslan İzzətli nazirə müraciət etdi
Ölkə14:23 02.12.2013

Ruslan İzzətli nazirə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

D18 Hərəkatının sədri Ruslan İzzətli Gənclər və İdman Nazirinə müraciət edib. 

Qaynar.info-ya daxil olan xəbərdə bildirilir: "Biz D18 Hərəkatının sıralarında birləşən gənclər sizə müraciət etmək qərarına gəldik. Azərbaycanımızın bütövlüyü, demokratikləşməsi və sosial iqtisadi vəziyyətinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəmirik. Lakin çox təəssüflər olsun ki, bəzən fərqli fikirlər səsləndirdiyimizə görə ayrı seçkiliyə məruz qalırıq.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş maddələrə görə dövlət öz vətəndaşlarını, dini, irqi, siyasi mövqeyinə görə fərqləndirmir. Lakin əksər hallarda Dövlətin Gənclər siyasətini həyata keçirən nazirlik bu prinsiplərə riayət etmir. Müxalif partiya sıralarında birləşməyimiz ayrı seçicilik siyasətinə məruz qalmağımıza səbəb olur, müxtəlif tədbirlərdə, gənclərlə bağlı həyata keçirilən siyasətdə fərqlər müşahidə olunmur.

Hörmətli Azad müəllim!

İnanmaq istərdik ki, bundan sonrakı dönəmdə dövlətin gənclər siyasətini həyata keçirən qurumlara Azərbaycan gəncliyinə fərq qoymamağı tövsiyə etməklə yanaşı, bizlərin də fikirlərini dinləmək üçün yeni yanaşma sərgiləmək barədə əlaqədar şəxslərə göstəriş verəsiniz”.

Qaynar.info