Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən filmdə Azərbaycan, gürcü və erməni xalqlarının həyatından bəhs edilir
Kinorejissor Rüstəm İbrahimbəyovun son dövrlərdə Gürcüstana tez-tez səfər etməsinin səbəbləri bəlli olub.
ANS PRESS-in məlumatına görə, R.İbrahimbəyovun bu ölkəyə mütəmadi səfərinin məqsədi onun ssenarisi əsasına gürcü rejissorunun çəkdiyi “Qafqaz üçlüyü” filmidir.
Belə ki, gürcü rejissoru Eldar Şengeliya Rüstəm İbrahimbəyovun ssenarisi əsasında azərbaycanlı, gürcü və ermənilərə həsr olunmuş “Qafqaz üçlüyü” filmini çəkir.
Rus mətbuatının yazdığına görə, filmin qəhrəmanları regionun üç xalqının mümayəndələridir. Filmdə azərbaycanlı rolunu rus aktyoru Yuriy Stoyanov oynayır. Digər baş rollarda isə Sergey Quzeev və Qeorqiy Pipinaşvili çəkilirlər.
Film 2014-cü ilin martına hazır olacaq. Verilən məlumata görə, filmin Azərbaycana aid olan hissəsi artıq bir müddət öncə Bakıda çəkilib.