Xəbər lenti

Rüstəm İbrahimbəyov Lalə Şövkəti Milli Şuraya dəvət etdi
Ölkə12:36 25.04.2013

Rüstəm İbrahimbəyov Lalə Şövkəti Milli Şuraya dəvət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Lalə Şövkəti Milli Şurada görmək istəyirik”. 

Bu fikirləri Modern.az-a “El” hərəkatının funksioneri Eldəniz Quliyev deyib.

E.Quliyev Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şuraya qoşulmasını arzu etdiklərini vurğulayıb.

Onun fikrincə, Lalə Şövkətin Milli Şuraya qoşulması qurumun xeyrinə olacaq.

“Lalə xanım istənilən birliyə demokratik ab-hava gətirə bilər. Onu Milli Şurada görmək istəyirik. Lalə Şövkətin Milli Şurada təmsil olunmağı ancaq bizim xeyrimizə olacaq”-deyə o, bildirib.

Xatırladaq ki, ALP sədri Əvəz Temirxan Modern.az-a müsahibəsində partiya lideri Lalə Şövkətin Milli Şura ideyasına müsbət yanaşdığını, ideyanı dəstəkləyə biləcəklərini bildirmişdi.

Qaynar.info