
Hazırda Fransda olan Azərbaycan dramaturqu Rüstəm İbrahimbəyov son bir sutkanı Marsel şəhərindəki xəstəxanalardan birində keçirib.
Burada keçirilən beynəlxalq festivalın münsiflər heyətinin sədri olan R. İbrahimbəyov 12 martda özünü qəfildən pis hiss edib.
Minval.az-ın verdiyi xəbərə, onun böyrəyindəki daşlar hərəkətə gəlib və bu səbəbdən də İbrahimbəyovu Marseldəki klinikalardan birinə aparıblar. Ertəsi gün gündüz o, xəstəxanadan buraxılıb və sədr kimi öz fəaliyyətini davam etdirib. Lakin həkimlər daşın hərəkətini izləmək üçün onu bir neçə gün nəzarətdə saxlayacaqlar.
Qaynar.info