Xəbər lenti

Rüşvət verməkdə təqsirləndirilən keçmiş FHN işçisinin məhkəməsi başladı
Ölkə13:57 15.12.2018

Rüşvət verməkdə təqsirləndirilən keçmiş FHN işçisinin məhkəməsi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsinin keçmiş rəisinin köməkçisi Gürsel Seyidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib.
Qeyd edək ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsinin keçmiş rəisinə qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.