Xəbər lenti

Rövnəq Abdullayevdən evlərlə bağlı açıqlama - VİDEO
Ölkə05:53 04.06.2015

Rövnəq Abdullayevdən evlərlə bağlı açıqlama - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus torpaqlarda qanunsuz olaraq tikilmiş evlərin aqibətinə tezliklə hökumət aydınlıq gətirəcək.
ANS TV-nin məlumatına görə, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib. O deyib ki, hazırda hökumət sözügedən məsələ üzərində işləyir.
Rövnəq Abdullayev deyib ki, Masazır qəsəbəsində neftli ərazilərdə tikilmiş evlərin altından qaz sızması insanların öz əlləri ilə özlərinə necə təhlükə yaratdığını göstərir.
Şirkət rəhbəri əhaliyə müraciət edib: “Hər dəfə çıxışımda insanlara müraciət edirəm ki, neftli ərazilərdə tikinti işi aparmaq onların özlərinə ziyandır. Kimisi bilməməzlikdən, kimisi də dərk etmədən orada ev tikir. Qeyd edim ki, orada ev tikənlər əsasən imkansız şəxslərdir. Mən bir daha onlardan xahiş edirəm ki, neftli ərazilərdə ev tikməsinlər”.
Qaynar.info