"CBC Sport" telekanalında ayrılıq yaşanıb.
"Qafqazinfo"nun məlumatına görə, telekanalın şef redaktoru Rövşən Binnətli işdən ayrılıb. Eyni zamanda şərhçi kimi də fəaliyyət göstərən Binnətlinin yeni iş yeri yaxın günlərdə açıqlanacaq.
Onun başqa bir kanalda eyni sahə üzrə çalışacağı istisna deyil.