Xəbər lenti

Rövşən Lənkəranski Türkiyədə qanuni oğruları topladı
Ölkə 22:30 27.04.2015

Rövşən Lənkəranski Türkiyədə qanuni oğruları topladı

Keçən həftə Türkiyədə postsovet məkanından olan qanuni oğruların irimiqyaslı “sxodka”sı olub. ANS xəbər verir ki, Rusiya kriminal saytlarının yazdığına görə, əsasən Moskvada fəaliyyət göstərən Ded Hasan qruplaşmasının düşməni olan qanuni oğruların toplaşdığı “sxodka”ya rəhbərliyi azərbaycanlı qanuni oğru Rövşən Lənkəranski edib. 
 
“Sxodka”da Ded Hasan qruplaşmasına yaxın olan 4 belarus qanuni oğrunun Mumu, Paştet, Medveconok və Lebedin adı əlindən alınıb. Onların göstərilən etimadı doğrultmadığı, dəfələrlə frayerlər tərəfindən döyüldüyü göstərilib ki, oğru qanunlarına görə bu, yolverilməzdir. 
 
Türkiyədə qəbul edilmiş qərar Ded Hasanın varisi Şakronun son addımlarına cavab kimi dəyərləndirilir. Şakro 15-ə yaxın qanuni oğrunun, o cümlədən Belarusdakı rəhbər Saşa Kuşnerin adının alındığını qeyd edib. Sxodkada çeçen qanuni oğru Əhməd Şalinskinin də ünvanına iradlar səslənib. Belaruslarla birlikdə taclandırılmış Əhməd sonradan üz döndərərək Ded Hasan tərəfdarlarına üz tutub və qanuni oğru adını onlardan alıb. 
 
Rövşən bildirib ki, bu cür davranış qanuni oğruya layiq deyil, ona görə də Əhmədi bu sıradan saymır.


Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->