Xəbər lenti

“Rövşən Lənkəranski“nin adamına 9 il həbs
Ölkə07:20 05.10.2013

“Rövşən Lənkəranski“nin adamına 9 il həbs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən kriminal avtoritet Teyyub Paşayevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Qaynar.info teleqraf.com-a istinadən xəbər verir ki, ittihama görə, o, ötən il sentyabrın 6-da qardaşı Teyyub Paşayevi odlu silahdan atəş açaraq qətlə yetirib.

Onu da qeyd edək ki, hadisə baş verən zaman mətbuatda yazılan məlumatlara görə, Teyyub Paşayev kriminal aləmdə tanınmış şəxs olub. Onun hətta kriminal avtoritet “Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyev ilə yaxın münasibətləri olduğu da bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teyyub Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qaldığından apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Teyyub Paşayevin şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Qaynar.info