Xəbər lenti

Rövşən Lənkəranskinin killerindən YENİ XƏBƏR
Ölkə06:50 17.01.2014

Rövşən Lənkəranskinin killerindən YENİ XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rövşən Lənkəranskinin killeri “Axsaq Nazim” ləqəbi ilə tanınan Nazim Hümbətov 4 nəfərin qətlində ittiham edilir

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaq komissiyası bununla bağlı işin istintaqını yekunlaşdırıb.

İstintaqın məlumatına görə, bu şəxs R.Lənkəranskinin ştatlı killeri olub. Rusiyadakı Pokrov bazarı və digər topdansatış məntəqələrinə nazarətlə bağlı klanlar arasında “müharibədə” R.Lənkəranski Axsaq Nazimin xidmətindən istifadə edib. Moskva regionundakı meyvə-tərəvəz bazaları uğrunda müharibədə onlarla adam öldürülüb ki, onlardan bəzilərinin N.Hümbətov tərəfindən öldürüldüyü bildirilir.

N.Hümbətova qarşı Cinayət Məcəlləsinin 105 və 222-ci maddələri ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2003-cü ilin 24 sentyabrında Hümbətov Ceyhun Xəlilov da daxil olmaqla digər iki şəxsin müşayiəti ilə Moskva ətrafındakı avtoservisə gedib.

Burada o, İlqar Hüseynov adlı şəxslə söhbət edib, ancaq söhbət alınmayıb. Bu zaman silahlar işə salınıb. N.Hümbətovu atəşdən qorumaq üçün onu müşayiət edən Ceyhun Xəlilov özünü qabağa verib.

Bundan sonra İlqar Hüseynovun yanında olan 3 azərbaycanlıya da atəş açılıb. Nəticədə İlqar Hüseynov və onun yanındakı Məmmədov soyadlı azərbaycanlı öldürülüb. İki nəfər isə ağır yaralanıb. 2008-ci ildə Axsaq Nazim barədə axtarış elan edilib. 2012-ci ildə o saxlanılıb. Axsaq Nazimin yaxın adamı hesab edilən Ceyhun Xəlilov isə öldüyünə görə barəsindəki cinayət işi ləğv edilib.


Qaynar.info