
“Mesaj” kitabının Bakıda təqdimatı keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan, Azərbaycan Dillər Universiteti “Diplomat Klubu”nun təşkilatçılığı ilə "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyası çərçivəsində "Mesaj" kitabının təqdimatı olub.
Təqdimat zamanı gənclərə “Mesaj” adlı kitablar paylanaraq ictimai müzakirə təşkil olunub.
Layihənin rəhbəri Rövşən Nəcəfovdur.
Əsas ideya Azərbaycan gənclərinə xüsusi ilə tələbələrə uğur xətti təqdim etmək, Azərbaycanın gələcəyinə böyük inam yaratmaq üçün mesaj verməkdir. Kitabın içində gənclərin, xüsusən xaricdə təhsil almış gənclərin təhsil, gənclik və gələcək mövzularında esseləri toplanıb.
"Mesaj" layihəsi bundan əvvəl Gəncə, Mingəçevir, Quba və Xaçmaz şəhərlərində görüşlər keçirib.




