Xəbər lenti

Röya "bandotdel"ə aparılıb?
Ölkə11:12 10.06.2013

Röya "bandotdel"ə aparılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün əvvəl tanınmış müğənni Röya Ayxan DİN Mütəşəkkil Cinayətkatlığa Qarşı Mübarizə İdarəsi çağırılıb. 

Bu barədə Avropa.info-ya polisdəki mənbədən məlumat daxil olub. Röya Ayxana göstəriş verilib ki, mətbuatda Hüseyn Abdullayevə dəstək barədə verdiyi açıqlamanı təkzib etsin, onunla işbirliyinə və dostluq münasibətlərinə son qoysun. DİN Yetkililəri ona xatırladıblar ki, həyat yoldaşı Anarın “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Topaz” bukmeker ofisində də cinayət faktları “tapıla bilər”. Məhz bu xəbərdarlıqdan sonra Röya Ayxan Hüseyn Abdullayevlə bağlı hər hansı dəstək açıqlaması verdiyini təkzib edib.

PRODÜSER TƏKZİB EDİR

Müğənni Röya Ayxanın prodüseri Kənan Bayramov isə onun “Bandotdel”ə çağırılması xəbərini təkzib edib.

O, “musavat.com”a açıqlamasında bildirib ki, belə bir hadisə baş verməyib: “Bəzi saytlar bu barədə dayanmadan yazırlar. Nə olub, nə basabasdır? Hansısa qeyri-ciddi mətbuat bu barədə yazır, hamı da düşür onun arxasınca. Röya heç yerə çağırılmayıb, heç bir problem yoxdur. Bir müddət əvvəl xəbər yayılmışdı ki, Mədəniyyət və Turizm Nazirliyi Röyanın dövlət tədbirlərində və konsertlərində iştirakına qadağa qoyub. Amma nazirliyin əməkdaşı bu xəbəri təkzib etdi ki, heç kim bizim adımızdan danışa bilməz. Hansısa ciddilikdən kənar jurnalist gah polisdəki mənbəsinə, dostuna istinad edir, gah nazirlikdəki dostuna və ağlına gələni də yazır”.

Daxili İşlər Nazirliyi isə Röya Ayxanın “Bandotdel”ə çağırılması xəbərini təkzib etməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, sadəcə olaraq mətbuat xidmətində bu barədə məlumat yoxdur.

Xatırladaq ki, xalqı ayağa qalxmağa səsləyən “Susma” manısını bəstələyəndən sonra Hüseyn Abdullayevə qarşı başlayan təzyiqlərə cavab olaraq Röya Ayxan Hüseyn Abdullayevlə dost olduğunu və onunla hər zaman əməkdaşlıq edəcəyini bildirmişdi.

Qaynar.info