Xəbər lenti

Ryabova final mərhələsinə vəsiqə qazandı
İdman14:23 15.02.2022

Ryabova final mərhələsinə vəsiqə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında yarışa start verib.
Qaynarinfo xəbər verir ki, idmançımız final mərhələsinə vəsiqə qazanıb.
Qısa proqramda 61,82 xal toplayan 19 yaşlı idmançı ən yaxşı 24 iştirakçı arasına düşməyi bacarıb.
Hazırda 10-cu sırada olan Ryabova fevralın 17-də sərbəst proqramda mübarizə aparacaq.
Səbuhi Həsənov