Xəbər lenti

Rza Zərrab və iki nazir oğlu Metris həbsxanasında - FOTOLAR
Ölkə10:13 21.12.2013

Rza Zərrab və iki nazir oğlu Metris həbsxanasında - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə “17 dekabr” əməliyyatında saxlanılan və barələrində həbs qərarı çıxarılan nazir övladları və digərləri artıq həbsxanadadırlar.

Musavat.com-un “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan və müğənni Ebru Gündeşin əri Rza Zərrab da daxil olmaqla bir qrup şübhəli Metris həbsxanasına aparılıb.

Rüşvət əməliyyatında saxlanılan 16 nəfər isə Paşakapısı həbsxanasına göndərilib. Onların arasında 3 məsur, o cümlədən, iqtisadiyyat naziri Zəfər Çağlayanın dəftərxana müdiri Onur Kaya da var.

Qaynar.info