
“Rza Zərrabi sifətdən belə tanımıram. Hardasa qarşıma çıxsa, ümumiyytələ onun kim oldugunu bilə bilmərəm”.
Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Milli Məclisin deputatı, Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə deyib. Cavanşir Paşazadə bu gün Azərbaycan mediasında Türkiyədə həbs olunan iş adamları ilə əlaqəsinin olmasına dair haqqında dərc olunan materiallara sərt şəkildə təpki göstərib. Deputat hazırda xaricdə olduğunu və bir neçə gündən sonra ölkəyə qayıdaraq bu məsələ ilə hüquqi müstəvidə məşğul olacağını deyib.
Cavanşir Paşazadə bildirib ki, Azərbaycana qayıdan kimi bu məlumatın müəlliflərini və onu yayan medianı məhkəməyə verəcək: “Mənim haqqımda belə cəfəngiyayt yazılar birinci dəfə deyil. Həmişə belə yazıların üstündən sükutla keçmişəm. Ancaq bu dəfə yoxlanılmadan yayılan xəbərə görə, onları bağışlamayacam. Mən təbii bilirəm ki, bu məlumatlar hardan qaynaqlanır. Verərəm məhkəməyə, gəlib orda cavab verərlər. Bu mənim özümlə bağlı məsələ. Qaldı ki, Mübariz Mənsimova və “Palmali” şirkətinə, təbii ki, bu iddiaya onlar özləri cavab versələr, yaxşı olar. Ancaq hər halda hər hansı bir əlaqə olsaydı, bu adam hazırda Türkiyədədir və həbs olunanların arasında olardı”.
Qaynar.info