
Ukraynanın Odessa vilayət administrasiyasının rəhbəri Mixail Saakaşvili milliyətcə azərbaycanlı olan və bu ilin mayından Ukrayna Fiskal Xidmətinin sədri vəzifəsində çalışan Roman Nəsirovla birlikdə mətbuat konfransı keçirib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Saakaşvili Nəsirovla birlikdə Odessa gömrüyündə hazırladıqları islahat layihəsindən danışıb. Onun sözlərinə görə, islahatlar 100 gün ərzində gömrükdə rüşvəti tamamilə aradan qaldırmağı hədəfləyir: “Bizim birgə hazırladığımız plan 100 gün ərzində Odessa vilayətində qaçaqmalçılıq kanallarını tam bağlayacaq. Bunun üçün Odessa və İliçyevsk limanlarında gömrük məntəqələri yaradacağıq və oradan gömrüçkülər və sərhədçilər istisna olmaqla bütün digər xidmətləri çıxardacağıq”.
Bundan başqa, Mixail Saakaşvili yüklərin gömrükdə 15 dəqiqəyə qeydiyyatdan keçiriləcəyini, yüklərin yalnız 5-7%-nin yoxlanılacağını və şəxsi heyətin tam tərkibdə yenilənəcəyini deyib.
Roman Nəsirov 1979-cu il mayın 3-də Kiyevdə anadan olub. Atası azərbaycanlı, anası isə ukraynalıdır.
2014-cü ilin oktyabrında Ukrayna Radasının deputatı, bu ilin mayından isə Ukrayna Fiksal Xidmətinin rəhbəridir.
Qaynar.info

