Xəbər lenti

Saakaşvili Ermənistanı aşağıladı
Ölkə11:53 13.09.2013

Saakaşvili Ermənistanı aşağıladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Nə qədər çox çirkli və kasıb olsan, Putin səni Avrasiya İttifaqına daha tez qəbul edər...”

“Nə qədər çox çirkli və kasıb olsan, Putin səni Avrasiya İttifaqına daha asan qəbul edər. Yetər ki, çoxlu zibil, korrupsiya olsun, o zaman Avrasiya İttifaqına problemsiz götürərlər”.

Musavat.com-un erməni mənbəyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili özünün Tiflis rezidensiyasında gürcü tələbə təşkilatları ilə görüşü zamanı deyib.

“Avrasiya kriminal, Avropa isə qanunçuluq, azadlıq, inkişaf deməkdir. Gürcüstan Avrasiyada yox, Avropada olacaq”, - Saakaşvili söyləyib.

Qeyd edək ki, Gürcüstan prezidenti bu sözləri Avrasiya Birliyinə  üzvlük yolunda əsas mərhələ olan Gömrük İttifaqına Ermənistanın qoşulmasına münasibət kontekstində bildirib.

Qaynar.info