Xəbər lenti

Saakaşvilidən kütləvi ixtisar
Ölkə14:31 14.07.2015

Saakaşvilidən kütləvi ixtisar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili administrasiyanın altı idarəsini ləğv edib. 

Axar.az xəbər verir ki, bu barədə vilayətin mətbuat xidmətinin əməkdaşı Yuri Jarov jurnalistlərə məlumat verib.   Onun sözlərinə görə, ictimaiyyətlə əlaqələr, şəhərsalma və memarlıq, bədən tərbiyəsi və idman, ailə və gənclər, informasiya siyasəti və mədəni irsin qorunması şöbələri ləğv olunub.   

Qeyd edək ki, Saakaşvili bundan öncə administrasiyanın daxili audit və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət idarələrini ləğv etmişdi. 

Qaynar.info