Xəbər lenti

Saat neçədir?
Ölkə05:48 27.03.2016

Saat neçədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün dünyanın bir çox ölkələrində saatlar 1 saat irəli çəkildi.

“Qafqazinfo” xəbər verir ki, bu ildən Azərbaycanda yay vaxtına keçid ləğv olunduğundan ölkəmizdə bu tətbiq olunmadı. Yəni saatlar irəli çəkilmədi. Amma telefonlarda və kompüterlərdə saatlar avtomatik olaraq irəli çəkilib. Bu da bir sıra insanlarda anlaşılmazlıq yaradıb.

İndi böyük əksəriyyət zamanı məhz telefonla öyrəndiyi üçün müəyyən problemlə qarşılaşa bilər. Bu problemlə qarşılaşmamaq üçün telefonunuzdakı zamanı divar saatı ilə tənzimləmək məsləhətdir.

Qaynar.info