Xəbər lenti

Saatlı təhsilində qalmaqal
Ölkə12:16 18.02.2014

Saatlı təhsilində qalmaqal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Siraqəddin Cabbarov təhsili kimlərə həvalə edib?

Bizimxeber.az-a Saatlı təhsilində baş verənlər barədə maraqlı məlumat daxil olub. 

Məlumatda qeyd olunur ki, Saatlı təhsilində vəziyyət hər keçən gün pisləşir. Belə ki, Saatlıda təhsil müəissəsilərində işləyən direktorlar artıq məktəbə özlərinin şəxsi mülkü kimi baxırlar. 

Bunun da səbəbi hər ay yerli təhsil şöbəsinə verilən pullardan başqa tez- tez onlardan pul istənilməsdir: “Bu yaxınlarda ATV kanalı da TQDK-nin açıqladığı imtahanda 2 alan şagirdlərin sayı barədə Saatlıdan reportaj da hazırlamışdı. O zaman şöbə müdiri hər direktordan 150 manat pul tələb etmişdi. Onlardan tələb olunan pulu vermək üçün direktorlar məktəbi talayırlar. Stol-stuldan tutmuş kompüter, yanacaq pulunacan yığırlar. Hətta xadimələrin puluna belə göz dikirlər. Bundan başqa Saatlıda əksər məktəblərdə sinif otaqlarında soyuq olduğuna görə 4 saat dərs tədris olunur.

Qara Nuru orta və umumi orta, Sarıcalar orta, Genişkənd ümumi orta, Əliabad umumi orta məktəblərində vəziyyət məhz belədir. Buna səbəb yanacaq pulunun direktorlar tərəfindən yeyilməsidir. Ən biabırçı vəziyyət isə Məmmədabad kənd tam orta məktəbindədir. Hansı ki bir vaxtlar şagird qəbuluna görə rayonda 1-ci yeri tuturdu. Lakin V.Bayramov həmin məktəbə direktor gələndən sonra məktəb xarabazarlığa cevirilib. 3 ildir 1 dənə qəbulu yoxdur. Məktəbin həyəti natəmizlik, üfunət mənbəyidir. Buna səbəb məktəbdə xidmətçinin olmamasıdır. Əslində xidmətçi var, amma məktəbin qapısını tanımr. Hamısının pulunu direktor alır. Gündüz gözətçisi Cəfərova Rəşidə, gecə gözətçisi Bayramova Xəyalə, dalandar Nuriyev Natiqin məktəbdə olub-olmamasını özünüz də yoxlaya bilərsiniz. 12 xidmətçisi olan məktəbdə xidmətçi tapılmır ki, təmizlik işləri aparılsın. 

Direktorun deyir ki, onu bu vəzifəyə icra başçısı Siracəddin Cabbarov qoyub və bu səbəbdən də heç kəsdən çəkinmir. V. Bayramov öz davranışı ilə müəllim və şagirdləri artıq təngə gətirib. O hətta məktəbə verilən kompüterləri belə satmaqdan çəkinməyib”.

Bizimxeber.az