Xəbər lenti

Saatlıda dəhşət
Ölkə05:06 26.09.2013

Saatlıda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakinlərin gözü qarşısında iki nəfər bıçaqlandı

Ötən gecə saat 23:00 radələrində Saatlının Xələfli kəndində qanlı cinayət baş verib. Saatlı rayon prokurorunun köməkçisi Hüseyn Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, Elxan Alməmməd oğlu Əliyev münaqişə zəminində Sahib Hüseynovu və Elşən Palıyevi bıçaqlayıb.

Hadisə nəticəsində Sahib Hüseynov ölüb, Elşən Palıyev isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Hadisənin küçədə, insanların gözü qarşısında baş verdiyi bildirlir.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, Elxan Əliyev saxlanılıb. Araşdıra aparılır.


Qaynar.info