Xəbər lenti

Saatlıda ölən yeniyetmə də futbolçu imiş
Ölkə10:38 19.07.2025

Saatlıda ölən yeniyetmə də futbolçu imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən günorta saatlarında Araz çayının Saatlı rayonundan keçən hissəsində Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu boğularaq vəfat edib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, 13 yaşlı Kənan "Araz Saatlı” futbol klubunun üzvü imiş. O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş.
Xatırladaq ki, iyulun 17-də Bakıda da yeniyetmə futbolçu dənizdə çimərkən boğularaq ölüb. "Zirə” futbol klubunun akademiyasının U-16 komandasının üzvü Fərid Şahverdiyev Şüvəlan çimərliyində bədbəxt hadisə nəticəsində həyatını itirib.