Xəbər lenti

Saatlıda və Ağcabədidə yanğın
Ölkə18:57 09.03.2015

Saatlıda və Ağcabədidə yanğın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saatlıda yanğın hadisəsi qeydə alınıb. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Saatlı rayonu, Dəlilər kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavan hissəsi 14 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 
Ağcabədi rayonunda da yanğın baş verib. Avşar kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tikilinin lambirdən ibarət tavanı 27 kv.m sahədə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. 
Qaynar.info