Xəbər lenti

Saatlıya çəyirtgə hücumu
Ölkə14:45 20.06.2013

Saatlıya çəyirtgə hücumu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saatlı rayonunun bir neçə kəndinin əkin sahələri çəyirtkə hücumuna məruz qalıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Gomuşçu, Qaralar, Qaracalar, Azadakənd, Seyidlər, Əhmədbəyli və digər kəndlərində “Mərakeş cəyitrkələri” adlanan ziyanverici həşəratlar yoncalıqları, bostan, pambıq və digər min hektarlarla bitki sahələrini məhv edir. Yerli sakinlərin verdikləri məlumatlara görə, çəyirtkələr İran ərazisindən gəlib.

Görülən aqrotexniki dərmanlama işlərinə baxmayaraq, hər gün yüz minlərlə çəyirtkə adı çəkilən ərazilərdə kəndlilərin zəhmətini hədər edir. Cəmi iki kimyəvi dərmansəpən  aqreqatın olduğunu bildirən kənd sakinləri bunun minlərlə hektar ərazi üçün azlıq etdiyini deyiblər.

Saatlı rayon Bitki Mühafizə Mərkəzinin rəisi Mirasimin Talıbov bu çəyirtkələrin sürfələrinin nəm və yağışlı havada məhv olduğunu bildirib: “Bu il isə adı çəkilən ərazilərdə quraqlıq olub. Ona görə də çəyirtkələrin kütləviliyi müşahidə olunur. Yaxın  10 gündə çəyirtkələrin ömrü bitəcək. Çətinliklə də olsa çalışırıq pambıq sahələrini qoruyaq. Yoncanın ikinci dəfə biçiləcəyinə ümid edirik. Amma pambıq bitkisini zədələndiyi halda məhv olur. Əlavə köməklik olarsa, daha effektli mübarizə aparmaq olar”.

Qaynar.info