Xəbər lenti

Sabah 14 dərəcə şaxta olacaq
Ölkə11:23 02.02.2014

Sabah 14 dərəcə şaxta olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Temperatur gecə 7-12 dərəcə, yarımadanın bəzi ərazilərində 14 dərəcəyədək şaxta, gündüz 0-3 dərəcə şaxta, Bakıda gecə 8-10 dərəcə, gündüz 1-3 dərəcə şaxta təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yollar buz bağlayacaq.

Azərbaycanın əksər rayonlarında fevralın 3-də gündüz əsasən yağmursuz hava şəraiti olacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında isə arabir qar yağacağı gözlənilir.

Qaynar.info