Xəbər lenti

Sabah 15 dərəcə şaxta olacaq
Ölkə08:29 05.12.2013

Sabah 15 dərəcə şaxta olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı və Abşeron yarımadasında dekabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında dekabrın 6-da hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info