Xəbər lenti

Sabah 38˚ isti olacaq
Ölkə09:00 18.06.2015

Sabah 38˚ isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron yarımadasında bu gün əsən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 18-23˚, gündüz 29-34˚ isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 19-da hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 19-24˚, gündüz 33-38˚, dağlarda gecə 11-16˚, gündüz 22-27˚ isti olacaq.

Qaynar.info