Xəbər lenti

Sabah 39˚ isti olacaq
Ölkə07:41 22.06.2015

Sabah 39˚ isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün ölkə ərazisində müşahidə edilən küləyin sürəti sabah gündüzdən etibarən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 20-24˚, gündüz 30-35˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 23-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 34-39˚, dağlarda gecə 13-18˚, gündüz 25-30˚ isti olacaq.

Qaynar.info