Xəbər lenti

Sabah 42-43 dərəcə isti olacaq (PROQNOZ)
Ölkə15:32 08.08.2023

Sabah 42-43 dərəcə isti olacaq (PROQNOZ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub- şərq küləyi əsəcək.
Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
Onun sözlərinə görə, havanın temperaturu gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, gündüz saatlarında Dağlıq Şirvan, Quba, Qusar və Şərqi Zəngəzurun bəzi dağlıq ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gündüz 35-40 dərəcə, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi aran rayonlarının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.