Xəbər lenti

Sabah Bakı Funikulyoru istifadəyə veriləcək
Ölkə15:25 31.10.2018

Sabah Bakı Funikulyoru istifadəyə veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Funikulyorunda aparılan təmir işləri başa çatıb.
Qaynarinfo xəbər verir ki, funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də paytaxt sakinlərinin istifadəsinə veriləcək.
Xatırladaq ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, Əməkdar Mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı Funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.