Xəbər lenti

Sabah Bakıda bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək
Ölkə10:35 04.05.2019

Sabah Bakıda bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah "Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – "28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.