Xəbər lenti

Sabah Bakıda hava daha da qızacaq
Ölkə12:49 16.08.2014

Sabah Bakıda hava daha da qızacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 40, rayonlarda 43 dərəcə isti olacağı gözlənilir

Bakı və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin dəyişkən  buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Cənub küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 23-27, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 40-45 faiz təşkil edəcək. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında avqustun 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40 , bəzi yerlərdə 43, dağlarda gecə  12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info