Xəbər lenti

Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq
Ölkə19:41 12.10.2023

Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pirəkəşkül” QPS-də separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar sabah saat 09:30-dan işlər başa çatanadək "Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır".
Bu haqda "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.