Xəbər lenti

Sabah Bakının bu ərazilərində işıq olmayacaq
Ölkə14:19 17.11.2017

Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Əhmədli qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr olacaq.
Bu barədə "Qaynarinfo"ya "Azərişıq” ASC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli qəsəbəsinin bir hissəsinə (General Şıxlı, Nəsrəddin Tusi, Sarayevo, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Qaynarinfo.Az