Xəbər lenti

Sabah Bakının bu rayonlarında  içməli su olmayacaq
Ölkə15:32 22.02.2018

Sabah Bakının bu rayonlarında içməli su olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllının sözlərinə görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır: "Bu məqsədlə fevralın 22-si saat 23:00-dan 23 fevral saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq".