Xəbər lenti

Sabah “Baku Steel Company” MMC rəhbərinin iddiasına baxılacaq
Ölkə17:50 23.02.2016

Sabah “Baku Steel Company” MMC rəhbərinin iddiasına baxılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 24-də, saat 12-də Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə “Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədovun  iddiasına baxılacaq. 
R.Məmmədov mətbuatda “Bakıelektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədov və zavodun meneceri Adilxan Musayevin prezidentə müraciətlərini oxuyub və hesab edib ki, çıxışçıların fikirləri onun şərəf və ləyaqətini alçaldıb. Buna görə də o, məhkəməyə üz tutub. MMC sahibi  cavabdehlər Ramiz Əhmədov, Adilxan Musayev,  “Yeni Müsavat” və “Azadlıq” qəzetlərindən 5 milyon manat tələb edir. R.Məmmədov iddia edir ki, ötən il noyabrın 19-da dərc edilən “Zülfüqarlı qardaşlarının zavodlarında çalışanlar prezidentə müraciət etdilər”  (http://musavat.com/news/olke/zulfuqarli-qardashlarinin-zavodlarinda-chalishanlar-prezidente-muraciet-etdiler-video_306104.html) sərlövhəli yazıda yer alan məlumatlar şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzunu ləkələyib. 
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Bakıelektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədov bildirib ki, iddia əsassızdır və onları, mətbuatı susdurmaq cəhdindən başqa məqsədə xidmət etmir: “Prezidentə müraciət etmək nə vaxtdan kiminsə şərəf və ləyaqətinin alçaldılması hesab olunur? Rasim Məmmədov bu gün böyük əmək kollektivlərini işsiz qoyub. Onların normal yaşayış hüququnu məhdudlaşdırıb. İşləmələrinin, ailələrini dolandırmalarının qarşısını almış olub. Bu gün zavodların əmək kollektivləri içi biz qarışıq, işsiz qalmışıq. Bizim haqqımızı kim verəcək? Məgər bu bizlərin şərəf və ləyaqətimizin tapdanması demək deyil? Başqasının əmlakını zəbt etməyin adı nədir? Biz prezidentə müraciət ediriksə, Rasim Məmmədov bunu özünə niyə təhqir hesab edir?” 
Ramiz Əhmədov deyir ki, Rasim Məmmədovun iddia etdiyi videomüraciətdə (https://www.youtube.com/watch?v=kdPximlQYVc ) heç bir təhqir elementi yoxdur.//Musavat