Sabah paytaxtın bəzi ərazilərin qaz təchizatında fasilələr yaranacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Motodrom" qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə fevralın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.
Şərhlər