Xəbər lenti

Sabah bu ərazilərdə işıq kəsiləcək
Ölkə 22:25 24.07.2025

Sabah bu ərazilərdə işıq kəsiləcək

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində 25 iyul tarixində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə Qaynarinfo-ya "Azərişıq” ASC-dən bildirilib.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Arazbarı, Nərimankənd, Səmədabad, saat 08:00-dan 12:00-dək Cəlilabadın Abazallı, Boyxanlı, Cəlayir, Dələli, Korlar, Külünclü, Qarakazımlı, Məlikqasımlı, Məmmədrzalı, Məşədilər, Mirzəli, Moranlı, Novruzallı, Şükürlü, Tatlar, Təklə, Yusifli, Zərbəli, saat 12:00-dan 16:00-dək Göytəpə şəhərinin bir hissəsi, Ağdaş, Axtaxana, Bəcirəvan, Darılıq, Fətullaqışlaq, Həziabad, Privolnoye, Soyuqbulaq, Şıxlar, saat 10:00-dan saat 12:00-dək Lənkəranın Gərmətük, Hirkan qəsəbələri, Darquba, Daşdalıqjar, Xanbulan, Kərgəlan, Kosalar, Qurumba, Lüvəsər, Rvo, Səbir, Siyablı, Siyavar, Şağlaküçə, Şovu, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->