Xəbər lenti

Sabah bu yol bağlanacaq - DİQQƏT
Ölkə15:47 18.04.2016

Sabah bu yol bağlanacaq - DİQQƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 aprel səhər saat 10:00-dan etibarən Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə start verilir.
 
Qaynarinfo.az "Azəravtoyol" ASC-nin saytına istinadən xəbər verir ki, sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.
Qaynar.info