Xəbər lenti

Sabah çox isti olacaq
Ölkə08:27 27.04.2015

Sabah çox isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yazda yay havası gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da isti hava müşahidə olunacaq. hava əsasən bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info