Xəbər lenti

Sabah dumanlı hava olacaq
Ölkə09:49 26.02.2023

Sabah dumanlı hava olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 27-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaq.